Bizi izləyin :
Bu gün elan : 0
Bugün baxış : 9
Bütün elan : 23

 

ELANPLUS.AZ - SERVISINDƏN İSTİFADƏ QAYDALARI :

  • Elanın subyektini və qiymətini dəqiq qeyd edin. Ümumi elanlar (məsələn: Hər növ avtomobil detalları satıram) – qadağandır.
  • BÖYÜK hərflər, boş yer və ya digər işarələr ilə (məsələn: ++, --, !!, * və s.) elan yerləşdirmək qadağandır.
  • İnternet saytın ünvanını, telefon nömrəsin, e-mail elanın içində yerləşdirmək qadağandır. İnternet saytın ünvanını, telefon nömrəsi və e-mail xüsusi ayırılan xanalarda qeyd etmək olar.
  • Elanın mövzusuna aid olmayan şəkilləri yerləşdirmək qadağandır.
  • Xaricdə və yaxud videoçatlarda iş təklifi, seks xidmətlər, kosmetika və dərmanların yayılması, internet vasitəsi ilə rahat pul qazanmaq, MLM və bu kimi elanlar yerləşdirmək qadağandır.
  • Elanın mətnində açıq və birmənada təklif və xidmətlər qeyd olunmalıdır. “Yaxşı qazanc təklif edirik” kimi elanlar qadağandır.
  • Elanlarda qiymət qeyd olunması vacibdir və qiymətlər gerçəkliklə uyğun olunmalıdır.
  • Bir elanın içində bir satış, alış, xidmət obyektindən çox qeyd etmək qadağandır. Məsələn: “Kompüter Dell 2331 – 600 AZN, monitor LCD 17” – 270AZN” – bu kimi elan yerləşdirmək qadağandır.
  • Qaçaq malçılıq, qanundan kənar, sağlamlığa zərər gətirən və Azərbaycan Respublikasının normalarından kənar malların satışı, alışı və xidməti barədə elanların yerləşdirilməsi qadağandır.
  • Elanları translit ilə yazmağa icazə verilmir (rus dili latın hərfləri ilə). Mümkün olunan dillər: Azəri, Rus, İngilis.
  • Müvafiq bölmə ilə uyğun olmayan elanlar silinəcək.
  • Üçüncü şəxsin məlumatlarını qeyd etmək qadağandır. Elan yerləşdirərkən, şəxsi məlumatınızı göstərin.
  • Elan lövhələrinin və onların analoqlarını reklam edən elanlar qadağandır.
  • Elan yerləşdirərkən, Sizin şəxsi məlumatlarınız ELANPLUS.AZ serverinin məlumat bazasında saxlanılmasına Siz razılıq verirsiniz.
  • Elan yerləşdirərkən, Siz elanda göstərilən elektron ünvanına hər elana görə 5 dəfə, ayda 1 dəfədən çox olmamaq şərti ilə reklam məktubu almağa razılaşırsınız.
  • Yerləşdirilən elanların məzmununa görə saytın müdiriyyəti məsuliyyət daşımır.
  • Pis niyyətlə qaydaları pozanlara elan vermə bölməsinə giriş məhdudlaşdırılır.
  • Saytın rəhbərliyi izahat vermədən elanları silmək hüququna malikdir.